%C6%8Frdogan 1

Türkiyə Ali Məşvərət Şurasının iclası çağırılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Haber Global məlumat yayıb.

İclasa Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edib. Həmçinin TBMM-in keçmiş sədrləri Köksal Toptan, Binəli Yıldırım, Cemil Çiçek, İsmail Kahraman, İsmet Yılmaz, Mehmet Ali Şahin, Mustafa Şentop, Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran, Türkiyə Prezident Aparatının rəhbəri Həsən Doğan və Prezident Administrasiyasının katibi Hakkı Susmaz da iclasda iştirak ediblər. Mətbuata qapalı keçirilən toplantının ardınca Burhanettin Duranın açıqlama verəcəyi gözlənilir.

573de2a5 a6d8 4e4c 800f ef8b6720e00e 1

Əliyar Xəlil,

Globalinfo.az

Paylaş: