“Rəsmilərimiz İranla danışıqlar üçün kiminlə əlaqə saxlayır bilmirəm”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Montana ştatında çıxışı zamanı deyib.
“Onların liderləri yoxdur. Yəqin ki, liderləri sağ qalmalı idi. Lənət olsun, kiminlə danışıqlar apardığımızı heç bilmirəm”, – deyə o bildirib.
Tramp, həmçinin iddia edib ki, ABŞ-ın zərbələri nəticəsində İran donanmasını və hərbi hava qüvvələrini itirib, ölkənin ordusu isə tamamilə məhv edilib.
Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. Vaşinqton və Tehran arasında iyunda aparılan danışıqlar qarşılıqlı anlaşma haqqında memorandumun imzalanması ilə nəticələnib. Razılaşma əldə etmək üçün nəzərdə tutulan 60 günlük müddət avqustda başa çatıb, lakin yeni razılaşma əldə olunmayıb.
Günay Rəsulqızı
Globalinfo.az