“Rusiyanın neft emalı zavodlarına (NEZ) hücumlar dayandırılmayıb və Ukrayna Silahlı Qüvvələrinin zərbələri davam edir”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federasiyası Şurasının üzvü Dmitri Perminov deyib.
O, Moskvanın buna cavab verəcəyini bildirib.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl Rusiyanın neft emalı zavodlarına hücumların bərpa ediləcəyini açıqlayıb.
Oktyabrın 14-də Rusiyanın baş nazirinin müavini Aleksandr Novak Ukrayna ordusunun Saratov və Ryazan vilayətlərindəki iki neft emalı zavoduna zərbə endirdiyini bildirib.
Xatırladaq ki, oktyabrın 11-də ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında enerji atəşkəsinin başladığını elan edib. Onun sözlərinə görə, tərəflər bir-birinin neft emalı zavodlarına hücumları dayandırmağa razılaşıblar.
Lakin Rusiya Prezidenti Vladimir Putin bu razılaşmanı rəsmi şəkildə təsdiqləməyib. Zelenski isə enerji atəşkəsi barədə məlumatın onun üçün yenilik olduğunu bildirib. O, Rusiyanın da eyni addımı atacağı təqdirdə Ukraynanın enerji infrastrukturuna hücumları dayandırmağa hazır olduğunu deyib.
Günay Rəsulqızı
Globalinfo.az