
“Türkiyəli aktrisa Demet Özdemirin olduğu İstanbulun Sarıyer rayonundakı Ayazağa məhəlləsində yerləşən studiyanı güclü yağış səbəbindən su basıb. Binanın ətrafı da su altında qalıb”.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Bildirilib ki, hadisə zamanı aktrisa ilə yanaşı, müğənni Murat Boz və çox sayda insan çətin vəziyyətdə qalıb.
Demet Özdemirin xilas edilməsi anlarını əks etdirən görüntülər yayılıb.
Məlumata görə, aktrisa xilasetmə qrupları tərəfindən qayığa mindirilərək su basmış ərazidən təxliyə olunub.
Safura Bənnayeva
Globalinfo.az