Ukrayna savaşının yeganə qalibi var – Ramasvami

“Əgər 2024-cü ildə keçiriləcək prezident seçkisində qalib gəlsəm, Rusiyanın nəzarəti altındakı torpaqları (Ukraynadan alınan) tanıyacağam”.

Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Vivek Ramasvami deyib.

Namizəd həmçinin Rusiyaya qarşı sanksiyaları ləğv edəcəyini və Ukraynanın NATO-ya üzvlüyünü bloklayacağını açıqlayıb.

Siyasətçinin fikrincə, Ukraynada savaş nə qədər çox davam edərsə, onun “yeganə qalibi” də bir o qədər aydın olur. Bu qalib isə Çindir.

O əlavə edib ki, Vaşinqtonun axmaq siyasəti Pekini ABŞ-a təhdid təşkil edən məsələlərdə Rusiya ilə əməkdaşlığa yönləndirib.