“Bir həftədir ki, rəsmi Kiyev müdafiə nazirləri arasında Vaşinqtonla telefon danışığını koordinasiya edə bilmir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri yazıb.
“Pentaqonun rəhbəri Pit Heqsetin ofisi buna hələ də razılıq verməyib. Ukraynanın avropalı müttəfiqləri Tramp administrasiyasının Ukrayna ilə bağlı ritorikasında son dəyişikliklərdən narahatdırlar. Avropa liderləri hazırda Pentaqona kimin rəhbərlik etdiyi ilə bağlı çaşqınlıq yaşayırlar. Nəticə etibarı ilə onlar müxtəlif ssenarilərə hazırlaşır. Bu, Kiyevlə bağlı hər hansı ardıcıl strategiyanın hazırlanmasını çətinləşdirir”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az