“İranla davamlı sülhə nail olmaq üçün Vaşinqton İsrailə hərbi dəstəyi dayandırmalıdır”.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin keçmiş direktoru və Respublikaçılar Partiyasının üzvü Co Kent deyib.
O, İsrailin müdafiə naziri İsrael Katzın ölkəsinin güzəştlərə deyil, qəti qələbələrə üstünlük verdiyini bəyan etməsindən sonra bu fikri səsləndirib.
Kent hesab edir ki, İsrail ABŞ və İran arasında əldə oluna biləcək razılaşmanı pozmağa çalışa və Vaşinqtonu yeni münaqişələrə sürükləyə bilər:
“İsrailin eyni vaxtda bir neçə cəbhədə müharibə aparmaq imkanları böyük ölçüdə ABŞ-ın hərbi və maliyyə dəstəyindən asılıdır”.
Əliyar Xəlil
Globalinfo.az