Dost ölkənin sərhədində şiddətli döyüşlər: 4 ölü, 20 yaralı

Əfqanıstan-Pakistan sərhədində minaatanlardan açılan atəş nəticəsində ən azı 4 nəfər ölüb, 20 nəfər yaralanıb.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Telekanal Taliban Hərəkatının silahlıları ilə Pakistan sərhədçiləri arasında atışmanın hələ də davam etdiyini açıqlayıb.

Bəzi mənbələr isə artıq döyüşlərin səngidiyini bildirib.