ABŞ Prezidenti Donald Tramp bazar günü Floridada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ağ Ev açıqlayıb.
Məlumata görə, ikitərəfli danışıqlar saat 15:00-da Palm Biçdə keçiriləcək. Jurnalistlərin də görüşdə iştirakına icazə verilir.
Tramp ötən gün açıqlamasında bildirib ki, Zelenski ilə görüşdə ciddi razılaşmaların əldə ediləcəyinə inanır.
Əliyar Xəlil
Globalinfo.az