ui

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 24 nömrəli tam orta məktəbdə şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib.

Globalinfo.az xəbər verir ki, qəbulda YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

Əvvəlcə rəsmilər məktəbin şəhid məzunlarının əziz xatirəsinə həsr olunmuş lövhəni ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Səyyar qəbul zamanı sakinlər tərəfindən işlə təminat, maddi yardım və digər məsələlərlə bağlı müraciətlər səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı qaldırılan məsələlərin operativ şəkildə araşdırılması və həlli ilə bağlı aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.

Müraciətlərin bir qismi yerindəcə həllini tapıb, digər məsələlər isə araşdırılaraq qanunvericiliyin tələblərinə uyğun şəkildə həll edilməsi üçün qeydiyyata götürülüb.

2
3
4
5
6
7
8
9
10
11

Paylaş: