download

ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə yeni görüş keçirmək istədiyini bildirib.

Globalinfo.az xəbər verir ki, Oval Ofisdə keçirilən tədbirdə jurnalistlərdən biri Trampa Putinlə mümkün görüş barədə sual ünvanlayıb.

ABŞ Prezidenti cavabında bildirib ki, mütləq yeni zirvə görüşü keçirəcək:

“Əminəm ki, Putinlə dərhal görüşə bilərəm. Bunu münaqişə sona çatanda etmək istəyirəm”.

Qeyd edək ki, bundan əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin, Donald TrampÇin Prezidenti Si Cinpinin APEC sammiti çərçivəsində üçtərəfli görüş keçirə biləcəyini açıqlayıb.

Tahir Turan
Globalinfo.az

Paylaş: