ABŞ Prezidenti Donald Tramp federal hökumətin fəaliyyətinin davamlılığını təmin edən müvəqqəti maliyyələşdirmə qanununu imzalayıb.
Globalinfo.az xəbər verir ki, qanunla federal qurumların maliyyələşdirilməsi 2026-cı il dekabrın 11-dək uzadılıb.
Beləliklə, sentyabrın 30-da başa çatacaq maliyyə ilindən sonra hökumət qurumlarının fəaliyyətinin maliyyə təminatı fasiləsiz davam etdiriləcək.
Qeyd edək ki, sənəd bundan əvvəl ABŞ Konqresinin hər iki palatasında təsdiqlənib. Nümayəndələr Palatasında qanun layihəsinin lehinə 370, əleyhinə isə 48 səs verilib. Senat isə sənədi daha əvvəl qəbul etmişdi.
Safura Bənnayeva
Globalinfo.az