Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk ölkədə seçkilərin keçirilməsi ilə bağlı hər hansı planın olmadığını bir daha bəyan edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ura.ru” məlumat yayıb. Stefançuk bildirib ki, hazırda ölkədə sərt qış dövrünün yaratdığı təhlükələr artıq yaxınlaşır və bu şəraitdə seçkilərin keçirilməsi gündəmdə deyil.
“Seçki yoxdur. Buna ehtiyac da yoxdur. Zelenski hakimiyyəti uzadılır. Doğru olan budur”, – deyə o bildirib.
Parlament sədri daha əvvəl də, avqust ayında seçkilərin təşkil edilməsini “tamamilə qeyri-mümkün, yersiz və məsuliyyətsiz” addım adlandırmışdı.
Onun sözlərinə görə, mövcud vəziyyət seçkilərin keçirilməsi üçün əlverişli deyil.
Tahir Turan
Globalinfo.az