Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) Dövlət Sirrlərinin Mühafizəsi və Lisenziyalaşdırma Departamentinin rəhbəri Oleq Xramovu vəzifəsindən azad edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı prezidentin fərmanı sentyabrın 2-də axşam saatlarında Ukrayna Prezidentinin rəsmi saytında dərc olunub.
Fərmanda Xramovun işdən azad edilməsinin səbəbi açıqlanmayıb. Qərarın Kiyevdə SBU və Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) əməkdaşları arasında baş verdiyi bildirilən silahlı insidentdən sonra qəbul edildiyi qeyd olunur.
Hadisənin təfərrüatları və Xramovun işdən çıxarılmasının insidentlə birbaşa əlaqəsi barədə rəsmi açıqlama verilməyib.
Tahir Turan
Globalinfo.az