lavrov 9

“Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük niyyətinin uzunmüddətli olmayacağını düşünürəm”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

Lavrov Aİ-nin əvvəlki iqtisadi cəlbediciliyini itirdiyini iddia edib və bir sıra ölkələrin ittifaqa qoşulmaq istəyinin dəyişə biləcəyini söyləyib.

“Serbiyalı dostlarımız, indi isə erməni həmkarlarımız Aİ-yə üzv olmaq istədiklərini deyirlər. Əminəm ki, bu istək çox tezliklə yox olacaq”, – Lavrov bildirib.

Rusiya XİN rəhbərinin sözlərinə görə, Avropa İttifaqının iqtisadi üstünlüklərinin əvvəlki səviyyədə olmaması onun digər ölkələr üçün cəlbediciliyinə də təsir göstərir.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: