Türkiyənin “Pegasus” və “Türk Hava Yolları” aviaşirkətləri hava məkanındakı vəziyyətlə əlaqədar Rusiyaya bir sıra uçuşları ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ostorojno, novosti” Teleqram kanalı məlumat yayıb.
Məlumata görə, “Pegasus” Moskvadan Sankt-Peterburq, Samara və Ufaya uçuşları dayandırıb. Vnukovo hava limanında aviaşirkətin İstanbul istiqamətində iki, Bodrum və Dalaman istiqamətlərində isə bir reysinin ləğv edildiyi göstərilib.
Bundan sonra “Türk Hava Yolları”nın da Vnukovodan İstanbula üç reysi ləğv edilib.
Qeyd edək ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın hava məkanının sentyabrın 1-dən etibarən təhlükəsiz olmayacağı barədə xəbərdarlıq edib.