93649 5

Xalq artisti Aygün Kazımovanın bu gün baş tutan konsertdəki çıxışından sonra maraqlı anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, müğənni konsertin təşkil edildiyi məkanı tərk edərkən pərəstişkarlarının böyük izdihamı ilə qarşılaşıb.

Aygün Kazımovanı yaxından görmək və onunla foto çəkdirmək istəyən çoxsayda insan onun ətrafına toplaşıb. Yaranan sıxlıq səbəbindən sənətçinin avtomobilinə doğru hərəkət etməsi çətinləşib.

Paylaş: