ŞƏT sammitindən sonra keçirilən mətbuat konfransında Rusiya Prezidenti Vladimir Putin Ukraynada xüsusi hərbi əməliyyatın (XHƏ) bitmə tarixini müzakirə edərək, bu məsələ ilə bağlı heç bir proqnoz verməməyin daha yaxşı olacağını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Müharibə qəddar və proqnozlaşdırılması çətin bir məsələ olduğu üçün konkret vaxt cədvəlləri verməmək daha yaxşıdır, lakin hər şey bizim lehimizə gedir. Düşünürəm ki, bu, çox uzun çəkməyəcək”, – deyə Rusiya lideri bildirib.
O, həmçinin “Rusiyanın uğur qazanacağına, düşmənin isə darmadağın olacağına” əminliyini dilə gətirib.
Tahir Turan
Globalinfo.az