yerevan irevan ermenistan

“Bizdə olan məlumata görə, bu günlərdə təxminən 150 türk iş adamı Ermənistandadır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Hraparak” nəşri yazıb.

Bildirilib ki, onlar İrəvanın mərkəzindəki hotellərdə qalırlar.

Məlumata görə, iş adamlarının iştirakı ilə forum sentyabrın 3-də İrəvanın “Holiday Inn” hotelində keçiriləcək.

Ermənistan Sənayeçilər və İş Adamları Birliyi məlumatı təsdiqləyib. Qeyd edilib ki, Türkiyədən gələn iş adamları müxtəlif sahələri, o cümlədən sənaye və tekstil sektorlarını təmsil edirlər.

Forum zamanı erməni və türk iş adamlarının əlaqələr quracağı, mümkün əməkdaşlıq imkanlarını müzakirə edəcəyi bildirilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: