ABŞ Prezidenti Donald Tramp Çinə səfərindən sonra İrana hücumları bərpa etməyi düşünür.
Globalinfo.az xəbər verir ki, bu barədə “The NewYork Times” məlumat yayıb.
Nəşr yazır ki, ABŞ ordusu İrana yeni hücum planları hazırlayırlar. Məlumata görə, Tehranla sülh danışıqları dalana dirənib və gərginliyin azalması üçün hazırda heç bir imkan yoxdur.
İranın ABŞ-ın sülh şərtlərini rədd etməsi tərəflər arasında anlaşmazlığa səbəb olub. Beləliklə gələn həftə yenidən hücumların başlaya biləcəyi deyilir.
Əliyar Xəlil
Globalinfo.az