Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ərazisində Rusiya hərbi bazasının yerləşdirilməsinə ehtiyac olmadığını bildirib.
Globalinfo.az xəbər verir ki, hökumət başçısı bu barədə İctimai Televiziyanın Birinci Kanalına müsahibəsində danışıb.
Paşinyan qeyd edib ki, Rusiya hərbi bazasının Ermənistanda qalması məsələsini özü heç vaxt gündəmə gətirməyib və ölkəsinin belə bir bazaya ehtiyacı yoxdur.
“Əgər Rusiya burada hərbi bazaya malik olmaq istəyirsə, bu, bir vəziyyətdir, istəmirsə, başqa vəziyyətdir. Məsələ yalnız bundan ibarətdir”, – deyə baş nazir vurğulayıb.