“Rusiya demilitarizasiya zonası yaratmaqla eyni şeyi edərsə, Ukrayna qoşunlarını cəbhə xəttindən geri çəkməyə hazırdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avropa liderlərinə bildirib.
Eyni zamanda, Ukrayna lideri Moskvanın sülh müqaviləsini pozması halında müttəfiqlərindən təhlükəsizlik zəmanətləri istəyir.
“Zelenski həmçinin Kiyevin silahlı qüvvələri üçün sabit maliyyələşdirməni və Ukraynada Avropa hərbi mövcudluğu da daxil olmaqla, onun hava hücumundan müdafiəsinə dəstəyi təmin etmək istəyir”, – deyə “Financial Times ” (FT) mənbələrə istinadən yazıb.
Əliyar Xəlil
Globalinfo.az