Tramp iran rat 900x506 2

ABŞ Prezidenti Donald Tramp İranla müharibəni çox yaxında qazanacağını və bu ölkənin nüvə silahı əldə etməsinə imkan verməyəcəyini bildirib.

Tramp həmçinin qeyd edib ki, müharibə bitəcək və neftin qiyməti kəskin şəkildə düşəcək.

ABŞ liderinin vədinin reallaşması nə dərəcədə mümkün görünür?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, əslində, bu, yeni üslub deyil:

“ABŞ Prezidenti Donald Tramp ilk gündən bəri eyni mövqedən çıxış edir ki, guya qalibdir. Eləcə də İran. Reallıqda isə tərəflər pərdəarxasında konsensusa gedirlər. İndiki açıqlamada ən diqqətçəkən məqam Trampın “İranı məğlub edəcəyik” deyəndə nəyi nəzərdə tutmasıdır: İranın tamamilə məhvini, ya hansısa güzəşti? Son günlər mətbuatda yayılan açıqlamalara görə İran nüvə silahına sahib olmaq iddiasından əl çəkir.

Bu, doğru ola bilər və mümkündür ki, ABŞ bunu qələbə kimi təqdim etsin. Amma istisna etmirəm ki, bunun qarşılığında Vaşinqton da müəyyən kompromisə gedib və ya gedəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: