Tovuzda yük maşını avtobusla toqquşdu: xəsarət alan var

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan Bakı Tovuz xətti ilə işləyən avtobusla KamAZ toqquşub.

Qəza zamanı yük maşınının sürücüsü, 1980-ci il təvəllüdlü Teymur Məmmədov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.