Tovuzda yeniyetmə faciəvi şəkildə öldü

Tovuzda bədbəxt hadisə baş verib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, 2007-ci il təvəllüdlü Sinan Bağırov kənddə ehtiyatsızlıqdan yıxılaraq elektrik naqillərinə dəyib.

Bu zaman onu cərəyan vuraraq öldürüb.