Tovuzda qayınatasını bıçaqlayan kürəkən saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Fərhad Yusibovu bıçaqlamaqda şübhəli bilinən Əvəz Babayev saxlanılaraq istintaqa təhvil verilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov məlumat verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.