18755870 6f04 47f9 b469 c054a75d407a

Qazax Regional İnkişaf Resursları İctimayi Birliyi, Qərb bölgəsində həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Tovuz rayonunda təlim keçirib.

Globalinfo.az xəbər verir ki, Qazax Regional İnkişaf Resursları İctimai birliyinin sədri Məhərrəm Göyüşoğlunun verdiyi  məlumata görə,təlimlər Tovuz rayonunun Dondar Quşçu, Aşağı Quşçu kənd icmalarının fəalları arasında keçirilib.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir. Layihənin əsas məqsədi- İcma üzvlərinin qərar qəbulu proseslərinə cəlb olunması ilə, yerli sosial problemlərin həllinə və vətəndaş cəmiyyətinin inkişafına nail olmaqdır.

Bu məqsədlə təlimlərdə  “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirsakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb.

Bundan başqa, icma üzvləri  yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər. Belə ki, Tovuzlu icma fəalları  suvarma və içməli su,xüsusən içməli su xəttlərinin köhnəlməsini və filtirasiyadan keçməməsini,elektrik xəttlərinin köhnə olması, kabelləşmənin kəndlərdə aparılmamasını  əsas problem kimi qeyd etdilər.

İcma fəalları məhz bu kimi social problemlərin həlli üçün Dövlətimizə güvəndiklərini və tezliklə həllini tapacağına ümid etdiklərini ifadə etdilər.

765b560a 4f22 4e0d 8003 622b28aac71c 8dbace23 ab16 48aa b1b3 02da9a4bc210 6eb54aef 1a7d 47b2 86f7 1ad24d61a427

Paylaş: