Kremldən Moskvadakı hücum barədə ilk açıqlama

“Bütün dünya ictimaiyyəti “Krokus Siti Holl”da baş verən atışmanı pisləməyə borcludur”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya zaxarova deyib.

O qeyd edib ki, bütün səylər insanların xilas edilməsinə yönəldilib.

“Bütün dünya ictimaiyyəti “Krokus Siti Holl”da törədilən qanlı terror aktını pisləməlidir. Bu dəhşətli cinayətdir”, – Zaxarova vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az