Tovuzda dəhşət: benzin töküb, özünü yandırdı

tovuz 1

Tovuzda intihara cəhd hadisəsi olub. Rayonun Əlibəyli kənd sakini 1991-ci il təvəllüdlü İbrahimov Zabil Zahid oğlu öz üzərinə benzin tökərək yandırıb.

Rayondan Globalinfo.az-a daxil olan məlumata əsasən, şəxs  bədənin 80 faizdən çoxunun 3-cü dərəcəli termiki yanığı xəsarətləri alıb.

Vəziyyəti ağır olaraq qiymətləndirilir. Onun Bakıya təxliyə olunmasına çalışıldığı deyilir.

Qeyd edilib ki, şəxsin özünü yandırma səbəbi psixoloji narahatlığının olmasıdır.

Günay Əli

Globalinfo.az