Tovuz şəhər stadionunda yenə qorxulu anlar – VİDEO

Azərbaycan Premyer Liqasının hesabat turunda  “Turan Tovuz” – “Sumqayıt” matçına ev sahibliyi edən Tovuz şəhər stadionunda növbəti dəfə təhlükəli anlar yaşanıb.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən arena bu dəfə də işıq dirəyinin yellənməsi ilə gündəmə gəlib.

Qeyd edək ki, daha öncə Azərbaycan Premyer Liqasının XVIII turunda keçirilən “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununun gedişində işıq dirəklərindən biri aşmışdı. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmamışdı.

Daha öncə baş verən hadisənin videosu: