Bəhram Bağırzadə “vəzifəsindən” azad olundu

“Bəhram Bağırzadə Daxili İşlər Nazirliyinin (DİN) Qeydiyyat və İmtahan İdarəsinin rəisi vəzifəsindən azad edilərək, rütbəsi baş leytenanta salınıb”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə deyib.

O bildirib ki, 1 aprel bitdi, zarafat etdik, kifayətdir:

“Yaşamağa, işləməyə və insanları əyləndirməyə davam edirik”.

Qeyd edək ki, B.Bağırzadə ona DİN-də yüksək vəzifə verilməsi haqda məlumat yayıb.

Zaira Akifqızı
Globalinfo.az