Iran 5 1536x982 1 900x575 1

İran ABŞ ilə memorandum layihəsində 300 milyard dollarlıq iqtisadi yardım tələbini daxil edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mehr” xəbər agentliyinin sənədlə tanış mənbələrə istinadən məlumat yayıb.

“İranın əsas tələbləri sanksiyaların və dəniz blokadasının tamamilə ləğvi, dondurulmuş 24 milyard dollarlıq aktivlərin açılması, İran və Livanda hərbi əməliyyatların dayandırılması və ABŞ qoşunlarının İrana bitişik ərazilərdən çıxarılmasıdır”, – deyə bildirilib.

“Axios”un məlumatına görə, müzakirə olunan saziş çərçivəsində İran həmçinin nüvə silahı yaratmamaq və beynəlxalq müfəttişlərin nəzarəti altında uranın zənginləşdirilməsi səviyyəsini məhdudlaşdırmaq öhdəliyini götürməyə hazırdır.

Qeyd edilib ki, bu cür müddəalar ümumiyyətlə ABŞ-ın nüvə proqramı ilə bağlı tələblərinə cavab verir.

Memoranduma əsasən, yekun razılaşma BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə təsdiqlənməlidir.

Razılaşmaların icrasını izləmək üçün xüsusi monitorinq mexanizminin yaradılması təklif olunur.

İran Xarici İşlər Nazirliyi dərc olunmuş sənədin hələlik yekun versiya olmadığını və hələ də razılaşdırılmalı olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: