bl 911

Azərbaycanın yeni istehsal etdiyi avtomat silahı ADEX 2026-da nümayiş etdirilib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, AZ-4 adlanan yeni avtomat NATO standartlarına uyğun olar istehsal edilib.

5.56×45 mm tipli avtomot digərlərindən bəzi xüsusiyyətlərinə görə fərqlənir. Silahın ümumi uzunluğu təxminən 70 santimetr, boş maqazinlə çəkisi isə 3 kiloqram civarındadır.

Avtomatın ön və arxa nişangahları qatlanan konstruksiyaya malikdir.

Bu tip silahların effektiv atış məsafəsi modeldən asılı olaraq təxminən 450–500 metr təşkil edir. Bununla belə, mərmi daha uzaq məsafəyə, o cümlədən 1 kilometrə qədər çata bilər.

bl 912 bl 913

Paylaş: