6abbc6345b3fc6abbc6345b3fd17906908686abbc6345b3fa6abbc6345b3fb 5

Sentyabrın 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovla Bakı Ekspo Mərkəzində keçirilən “ADEX-2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin sədri cənab Haluk Görgün arasında görüş keçirilib.

MN-dən Globalinfo.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf etdirildiyi, mövcud olan strateji müttəfiqliyin və müdafiə sahəsində əməkdaşlığın regional təhlükəsizliyə, dayanıqlı sülhə və sabitliyə dəstək məqsədi daşıdığı xüsusi qeyd edilib.

General-polkovnik Zakir Həsənov və Haluk Görgün müdafiə sahəsində birgə layihələrin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıb.

Haluk Görgün qardaş Azərbaycanla hərbi və hərbi-texniki əməkdaşlıq sahələrində əlaqələrin müsbət dinamikasından məmnun olduğunu bildirib.

Beynəlxalq sərgi çərçivəsində Türkiyənin “ASELSAN”, “Baykar”, “Roketsan” və “TUSAŞ” hərbi-sənaye şirkətlərinə məxsus stendlərə baxış keçirilib, nümayiş etdirilən silah, texnika, aviasiya və uçuş vasitələri haqqında Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat verilib.

6abd26a3a5aa56abd26a3a5aa617907810916abd26a3a5aa26abd26a3a5aa3 6abd26a3abccb6abd26a3abccc17907810916abd26a3abcc96abd26a3abcca 6abd26a37acb76abd26a37acb817907810916abd26a37acb46abd26a37acb5 6abd26a38a9ac6abd26a38a9ad17907810916abd26a38a9aa6abd26a38a9ab 6abd26a39ea066abd26a39ea0717907810916abd26a39ea046abd26a39ea05 6abd26a38332f6abd26a38333017907810916abd26a38332d6abd26a38332e 6abd26a3671636abd26a36716417907810916abd26a3671616abd26a367162 6abd26a3702416abd26a37024217907810916abd26a37023f6abd26a370240 6abd26a3913886abd26a39138917907810916abd26a3913866abd26a391387 6abd26a3980206abd26a39802117907810916abd26a39801e6abd26a39801f

Paylaş: