11 sentyabr 113

İsrail hələ də Dubaydan Təl-Əvivə uçan təyyarədə baş verən qeyri-adi hadisənin səbəblərini araşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin “Kanal 12” nəşri yüksək vəzifəli rəsmiyə istinadən yazıb.

“Bir pilot digərini bıçaqladı və 11 sentyabr hadisəsini törətməyə çalışdı: təyyarəni qaçırmaq və harasa çırpmaq. Pilotlar komandası silahlı şəxsi zərərsizləşdirdi. Beləcə dramatik fəlakətin qarşısı alındı”, – adı gizli saxlanılan rəsmi şəxs bildirib.

Nəşr qeyd edir ki, hazırda İsrail dövlət qurumları hadisənin terakt olub-olmadığını dəqiqləşdirməyə çalışır.

Pilotun Oman əsilli olduğu deyilir. Onun İsrailə uçuşuna necə icazə verildiyi araşdırılır.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: