rus ukrayna ordu 11 900x600 2


Ukraynalı tarixçi Marta Qavrişko Ukraynadakı münaqişənin başa çatması üçün Qərbin yanaşmasını dəyişməli olduğunu bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

Qavrişko qeyd edib ki, müharibənin başa çatması Qərbin Rusiyaya qarşı nifrətdən daha çox Ukraynaya dəstək göstərməyə üstünlük verməsi ilə mümkün ola bilər.

“Müharibə Qərb Ukraynanı Rusiyadan nifrət etməkdən daha çox sevəndə bitəcək”, – tarixçi yazıb.

Qavrişko daha əvvəl Ukraynanın enerji infrastrukturunun qorunması məsələsinə də toxunub.

O bildirib ki, Qərb siyasi elitaları Kiyevin münaqişədə qələbəsini vurğulamaqda davam etsələr də, Ukrayna qanunvericilərinin açıqlamaları ölkədə vəziyyətin fərqli olduğunu göstərir.

Tahir Turan

Globalinfo.az

Paylaş: