ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin gedişatı ilə bağlı yeni açıqlamalar verib.
Globalinfo.az xəbər verir ki, Tramp Ağ Evdə çıxışı zamanı ABŞ-ın İranla müharibədə yaxın zamanda qələbə qazanacağına əmin olduğunu bildirib.
“Biz bu müharibədə çox tezliklə qalib gələcəyik. Bu və ya digər şəkildə”, – deyə ABŞ lideri vurğulayıb.
Tramp həmçinin konkret təfərrüat açıqlamadan, yaxın zamanda “nəyinsə baş verəcəyini” bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton Hörmüz boğazı üzərində demək olar ki, tam nəzarətə malikdir.
“Deyərdim ki, tam nəzarətdir. Lakin ara-sıra ora mina atırlar və bu, işləri bir qədər çətinləşdirir”, – Tramp əlavə edib.
Tahir Turan