Latviya prezidenti Edqars Rinkeviçs ölkəsinin NATO tərəfindən müvafiq kollektiv qərar qəbul ediləcəyi təqdirdə ərazisində nüvə silahlarının yerləşdirilməsinə hazır olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, “Delfi” xəbər agentliyinin məlumatına görə, Rinkeviçs qeyd edib ki, belə bir addım yalnız ehtiyac yarandığı və NATO çərçivəsində müvafiq qərar verildiyi halda mümkün olacaq.
Latviya prezidentinin sözlərinə görə, ölkə Konstitusiyasında nüvə silahlarının yerləşdirilməsini açıq şəkildə qadağan edən müddəa yoxdur.
Bununla belə, Rinkeviçs hazırda Latviyada nüvə silahlarının yerləşdirilməsi ilə bağlı konkret müzakirələrin aparılmadığını vurğulayıb.
Tahir Turan