1018881 res 0 18f3c9e9dd5d45bd

ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Vaşinqtonun Avropadan 25-40 min amerikalı hərbçini çıxaracağı  barədə yayılan məlumatları təkzib edib.

Globalinfo.az xəbər verir ki, Uitaker bu barədə Brüsseldə “Euronews”un müdafiə məsələlərinə həsr olunmuş konfransında “danışıb.

O qeyd edib ki, bununla bağlı hələlik heç bir qərar qəbul edilməyib. Pentaqon ABŞ-ın Avropadakı hərbi mövcudluğu ilə bağlı planı da hələ yekunlaşdırmayıb.

“NBC News”un məlumatına görə, Pentaqon Avropadakı bəzi hərbi texnikaların çıxarılması imkanını nəzərdən keçirir. Bu dəyişikliklərin əsasən Almaniya, İtaliya və İspaniyaya təsir edəcəyi bildirilir.

ABŞ müdafiə naziri Pit Heqsetin Avropadakı hərbi mövcudluqla bağlı yekun tövsiyəni noyabrın 6-da alacağı gözlənilir. Bundan sonra o, təklifləri prezident Donald Trampa təqdim edəcək.

Hazırda Avropada təxminən 80 min ABŞ hərbçisi xidmət edir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: