Kürdəmirdə toyda kütləvi zəhərlənmə baş verib.
Globalinfo.az “Report”a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən “Günəş” şadlıq sarayında qeydə alınıb.
Belə ki, mərasim iştirakçılarının 13-ü qidadan zəhərlənib.
Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb, vəziyyətləri orta ağırdır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Fakt araşdırılır.