ABŞ AÇIQLADI: “Qəzzada soyqırımın heç bir əlaməti yoxdur”

“Qəzzada soyqırımın heç bir əlaməti görünmür”.

Globalinfo.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

O bildirib ki, ABŞ-da İsrailin qəsdən Qəzzadakı insanları məhv etməyə çalışdığına dair heç bir sübut yoxdur:

“Biz İsrail Müdafiə Qüvvələrinin soyqırım niyyəti və ya hərəkəti ilə bağlı heç bir sübut görmürük. Beynəlxalq Cinayət Məhkəməsi Qəzzada soyqırım iddiası ilə bağlı heç bir nəticəyə gəlməyib”, – Kirbi vurğulayıb.

Xatırladaq ki, Cənubi Afrika 2023-cü ilin 29 dekabr tarixində Haaqa Beynəlxalq Ədalət Məhkəməsində İsrailə qarşı iddia qaldırıb. Cənubi Afrika tərəfi məhkəmədən Fələstin əhalisini soyqırımdan qorumağı və İsrailin öhdəliklərini yerinə yetirməsi üçün tədbirlər görməyi xahiş edib. Cənubi Afrikanın İsrailə qarşı iddiası ilə bağlı məhkəmənin bir neçə il çəkəcəyi gözlənilir.

Əliyar Xəlil,

Globalinfo.az