Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadla xəbər verir ki, hadisə “KamAZ” markalı yük avtomobilinin sürücüsünün idarəetməni itirməsi nəticəsində qeydə alınıb.
Qəza nəticəsində bir nəfər yüngül xəsarət alıb. Əraziyə dərhal polis əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.
Hadisə səbəbindən Zığ şosesində hərəkət məhdudlaşdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***23:11
Paytaxtın Suraxanı rayonu, Zığ şosesində yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilir ki, qəza səbəbindən yük avtomobillərindən birinin yolun hərəkət hissəsinə aşması nəticəsində 8 Noyabr prospekti istiqamətində yol bağlanıb. Hazırda polis əməkdaşları tərəfindən yolda təhlükəsizlik tədbirləri görülməklə aşan avtomobilin yoldan götürülməsi və hərəkətin bərpa edilməsi məqsədilə işlər görülür.