Xəbər verdiyimiz kimi, İsrailin səhər saatlarında İrana hücumları nəticəsində yaranan təhlükəli vəziyyət səbəbindən göyərtəsində azərbaycanlıların olduğu təyyarə təcili İrəvana eniş etməli olub.
Globalinfo.az xəbər verir ki, eyni səbəbdən göyərtəsində ermənilərin olduğu sərnişin təyyarəsinin də Bakıya endiyinə dair məlumat yayılıb.
Ermənistan KİV iddia edir ki, gecədən bu yana 10-a yaxın təyyarə Bakıya təcili eniş edib. Onlardan biri də ermənilərin olduğu təyyarə olub. Həmin təyyarənin BƏƏ-yə uçuşu yarımçıq saxladığı bildirilir.
Məlumata görə, Moskva, Minsk, Kazan və digər şəhərlərdən Dubaya uçan təyyarələrin bir qismi hücumdan sonra Azərbaycana məcburi eniş ediblər. Həmin reyslərin sərnişinləri arasında ermənilər də var.
Rusiya Erməniləri İttifaqı həmin şəxslərin vəziyyəti ilə maraqlanmaq üçün Moskvaya müraciət edib.
Ayşən Mustafa
Globalinfo.az