İranla ABŞ arasındakı danışıqlar çıxılmaz vəziyyətdədir.
Globalinfo.az xəbər verir ki, bu barədə vasitəçilərin özlərinə istinadən “The Wall Street Journal” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Pakistanın rəhbərlik etdiyi regional oyunçuların vasitəçiliyi ilə Vaşinqton və Tehran arasında aparılan diplomatik atəşkəs məsləhətləşmələrinin hazırkı mərhələsi dalana dirənib.
Nəşrin məlumatına görə, İran tərəfi ABŞ-ın irəli sürdüyü şərtləri tamamilə qəbuledilməz hesab edərək İslamabadda Amerika rəsmiləri ilə görüşmək təklifini rədd edib.
Qeyd edək ki, Ankara və Qahirə mövcud çıxılmaz vəziyyətdən çıxış yollarını axtarmağa davam edir və Doha və İstanbul da daxil olmaqla alternativ danışıqlar platformalarını nəzərdən keçirirlər.
Tahir Turan
Globalinfo.az