TƏBİB-dən qızılcadan ölən körpə ilə bağlı açıqlama

27 yanvar tarixində Cəlilabad rayonunun Günəşli kənd sakini 2023-cü il təvəllüdlü azyaşlı ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Globalinfo.az xəbər verir ki, bunu TƏBİB-in Cəlilabad rayonunda ölən körpə ilə bağlı yaydığı açıqlamada bildirilib.

Qeyd edilib ki, reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya dəqiqləşdirilməmiş pnevmoniya diaqnozu qoyulub, zəruri tibbi xidmət göstərilib.

Həkimlərin bütün səylərinə baxmayaraq, 28.01.2024-cü il tarixində saat 19:40 radələrində ölüm qeydə alınıb.