Taleh Kazımov şirkət rəhbərləri ilə görüşdü

Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov Milli Depozit Mərkəzi, Bakı Fond Birjası və investisiya şirkətlərinin rəhbərləri ilə növbəti görüş keçirib.

Globalinfo.az xəbər verir ki, görüş zamanı cari ilin 9 ayı ərzində ölkədə kapital bazarlarının inkişafı istiqamətində həyata keçirilən işlər və bu sahənin maliyyə sistemindəki rolu müzakirə edilib.

“Görüşdə ölkənin kapital bazarlarında mövcud olan investisiya mühiti, investorlar üçün yaradılan imkanlar və perspektivlər, həmçinin kapital bazarlarının tendensiyaları və çağırışları ətrafında fikir mübadiləsi apardıq” – AMB sədri öz “Twitter” hesabında qeyd edib.