“Ermənistanın KTMT-yə üzvlüyü məsələsi təşkilat daxilində keçiriləcək müzakirələrin nəticələrinə əsasən həll olunacaq”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“Doğrudan da, təşkilatın nizamnamə sənədlərində müəyyən addımlar nəzərdə tutulub. Bundan sonrakı hər şey təşkilat çərçivəsində hansı müzakirələrin aparılacağından asılı olacaq”, – Kremlin nümayəndəsi jurnalistlərin müvafiq sualını cavablandırarkən deyib.
Peskov qeyd edib ki, hazırda İrəvan faktiki olaraq KTMT-nin fəaliyyətində iştirak etmir.
“İrəvanın KTMT-də iştirakın məqsədəuyğunluğu ilə bağlı mövqeyinə dair rəsmi bəyanatları eşitmisiniz”, – deyə Peskov vurğulayıb.
Əliyar Xəlil
Globalinfo.az