WhatsApp Image 2025 10 16 at 00

Sosial mediada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin çevriliş planın baş tutacağıə təqdirdə vəzifə verəcəyi şəxslərin siyahısı yayımlanıb.

Globalinfo.az Axar.az-a istinadən sosial şəbəkədə yayılan siyahını təqdim edir:

​Baş nazir: Əli Həsənov (Azərbaycan Prezidentinin İctimai-Siyasi Məsələlər üzrə sabiq köməkçisi);

​Vitse-prezident: Sevil İsmayılova (“Şərq-Qərb” nəşriyyat evinin rəhbəri);

​Daxili işlər naziri: Levon Qurskaya (R.Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyevanın vətəndaş nikahından olan erməni əsilli oğlu, DİN-in sabiq əməkdaşı);

​Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi: Fikrət Əliyev (R.Mehdiyevin kürəkəni İlham Əliyevin qardaşı);

​Ədliyyə naziri: İlham Əliyev (R.Mehdiyevin kürəkəni, sabiq deputat);

​İqtisadiyyat naziri: Abbas Abbasov (Baş nazirin keçmiş müavini, hazırda Rusiyada yaşayır);

​Baş prokuror: Timur Mehdiyev (Ramiz Mehdiyevin oğlu);

​PA rəhbəri: Fatma Abdullazadə (PA-nın sabiq şöbə müdiri);

​PA Ərazi İdarəetmə Şöbəsinin müdiri: Ziya Məmmədov (sabiq nəqliyyat naziri);

​Milli Məclisin sədri: İsa Həbibbəyli (Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti);

​Bakı Şəhər İcra Hakimiyyətinin başçısı: Elton Məmmədov (sabiq deputat);

​Dövlət Gömrük Komitəsinin sədri: Əsabil Qasımov (“Karat” Şirkətlər Qrupunun rəhbəri, sabiq deputat);

​Elm və təhsil naziri: Aqiyə Naxçıvanlı (sabiq deputat);

​Media və Yayım Şurasının sədri: Bəxtiyar Sadıqov (sabiq deputat).

Paylaş: