benzin 1221

Türkiyədə benzinin qiymətinin bir litr üçün 5,90 lirə ucuzlaşması yanacaq bazarında diqqətçəkən dəyişiklik yaradıb. Endirimdən sonra yanacaqdoldurma məntəqələrində sürücü sıxlığının yaranması bu qərarın istehlakçılar üçün əhəmiyyətini göstərir.

Türkiyədə benzinin ucuzlaşması fonunda Azərbaycanda da yanacağın qiymətləri ilə bağlı gözləntilər yaradıb. Xüsusilə qonşu ölkədə baş verən bu dəyişiklikdən sonra Azərbaycanda da benzinin qiymətinə yenidən baxılması ehtimalı müzakirə mövzusuna çevrilib.

Bəs Türkiyədə yanacağın ucuzlaşması Azərbaycan bazarına təsir göstərə bilərmi? Ölkəmizdə benzinin qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar varmı?

Globalinfo.az-a danışan iqtisadçı Elçin Məmmədov bildirib ki, Türkiyədən fərqli olaraq, Azərbaycanda benzinin pərakəndə satış qiymətləri dövlət tərəfindən tənzimlənir:

“Türkiyədə benzin qiymətləri tələb və təklifdən asılı olaraq, bazar iştirakçıları tərəfindən müstəqil şəkildə müəyyən edilir. Ona görə Türkiyədə və ya başqa ölkədə benzin qiymətinin enməsinin və ya yüksəlməsinin Azərbaycana təsiri minimal olaraq qiymətləndirilə bilər”.

Zaira Akifqızı
Globalinfo.aaz

Paylaş: