Şuşadan qaçmışdı, indi də parlamentdən qovuldu – VİDEO

Ermənistan parlamentinin sədri Alen Simonyanla müxalif deputatlar arasında insident yaşanıb.

Globalinfo.az xəbər verir ki, onlar Simonyanı deputat avtomobillərinin parlamentə girişinə məhdudiyyət qoymaqda ittiham ediblər.

S.Ohanyan isə A.Simonyanı yalan danışmaqda günahlandırıb.

Bundan sonra Simonyan Ohanyanı parlamentin tribunasından qovub.

Qeyd edək ki, 44 günlük müharibənin sonlarında Şuşanın “müdafiə”sini üzərinə götürən uşaq qatili Seyran Ohanyan Azərbaycan Ordusunun şəhərə yaxınlaşdığını eşidən kimi ərazidən qaçmışdı.

Əliyar Xəlil
Globalinfo.az